news Image
2014.10.01
15:38
| A A A
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti artdı

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 654 616 manat artıb. 

Movqe.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Oktyabrın 1-i 2014-cü il tarixinə olan vəziyyətə görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 57 809 552 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım yalnız manat hesabında olub. Dollar və avro hesablarına vəsait daxil olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs