Əlaqə Arxiv
news Image
2014.10.01
17:03
| A A A
Maşın dərəyə yuvarlandı
Bakı-Şamaxı yolunda baş verən zəncirvari qəzada ölən olub Bakı-Şamaxı yolunun 86-cı yolunda zəncirvari qəza baş verib. 

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qobustan rayonunun Mərəzə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Ford" markalı avtomobil əvvəlcə qarşıdan gələn "VAZ-21-099" markalı avtomobillə toqquşub. Daha sonra "Ford" "VAZ-2107" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "VAZ-2107" markalı avtomobil yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza zamanı maşının sürücüsü dünyasını dəyişib.

Digər avtomobillərin də sürücüləri xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz