Şəmkirdə yaşayış evində partlayış olub
Azərbaycanın Şəmkir rayonunda ev partlayıb.
Movqe.az xəbər verir ki, hadisə dördmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib.
Belə ki, bu mənzildə qaz sızması vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan 1 otaqlı mənzilin mətbəxində partlayışa səbəb olub.
Partlayış nəticəsində 2-ci mərtəbədəki mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş və iki azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən mənzildən çıxarılıb.