news Image
2014.10.01
18:17
| A A A
Bakı Slavyan Universitetinin “Tələbə klubu”nda alman gecəsi

Bakı Slavyan Universitetinin qonaqları – Osvald fon Volkenşteyn cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin professoru Ziqlinda Hartman və göstərilən universitetin professoru Klaus Volf artıq iki həftədir ki, bu ali məktəbin Alman filologiya bölümündə tələbələrə mühazirələr oxuyurlar. Sentyabrın son günü alman filologiyası tələbələri üçün yaddaqalan oldu.

Professor Ziqlinda Hartmanın rəhbərliyi altında tərtib olunmuş "Alman ədəbiyyatından səhnəciklər"ədəbi-musiqili proqramı Universitet tələbələrini, onun nəzdindəki Məktəb-lisey kompleksinin şagirdlərini, hətta alman dili mütəxəssislərini əhatə etmişdi. Gecədə alman dilində mahnılar, seirlər, səhnəciklər səsləndirildi. BSU Məktəb-lisey kompleksinin akt zalında başlanan tədbir ahəngdar şəkildə Filologiya fakültəsinin "Tələbə klubu"nda davam etdirildi. Bu hissədə müəllim və tələbələrə alman mətbəxinin özəllikləri nümayiş etdirildi. Azərbaycan, rus, ingilis, fransız dilləri və ədəbiyyatları bölmələrinin tələbələri də almaniyalı müəllim və alman filologiyası bölümündə təhsil alan tələbələr tərəfindən alman mətbəxinə qonaq edildilər.

Gecəyə dəvət almış BSU rektoru prof.A.A.Hacıyev, Avstriya səfirinin müavini və konsul Ute Friesner, Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı ofisinin direktoru Ştefani Dufauks və digər qonaqlar bir neçə saatlığa özlərini alman mədəniyyəti və dil mühitinin iştirakçısı hiss etdilər. "Tələbə klubu"nda Alman-Azərbaycan çay süfrəsi arxasında ölkələrimiz və universitetlərimiz arasında əməkdaşlığın perspektivləri də müzakirə olundu.

Qonaqlar bu gecəni "Almaniyanın birləşdirilməsi günü"nə gözəl hədiyyə kimi dəyərləndirdilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs