news Image
2014.10.01
18:48
| A A A
ABŞ hər gün İŞİD-ə 10 milyon xərcləyir

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi İŞİD-in hələ də dünya üçün təhlükəli olduğunu bildirib.Movqe.az xəbər verir ki, Pentaqon rəsmisi ABŞ və koalisiya qüvvələrinin İŞİD-in Suriya və İraqdakı hədəflərini daima gərginlikdə saxladığını, lakin bununla bərabər təşkilatın ağıllı davranaraq müxtəlif taktikalarla hücumlardan yayındığını deyib.Hesabat xarakterli çıxışında məlumat verən Kirbi ABŞ ordusu və koalisiya qüvvələrinin bu günə qədər 300-dən çox hava hücumu təşkil etdiyini, bunların 230-nun İraqda, 76-nın isə Suriyada reallaşdırıldığını açıqlayıb.İŞİD-ə nə qədər ziyan dəydiyini açıqlaya bilməyəcəklərini deyən ABŞ rəsmisi bunun milyonlarla dollar olduğunu deyib:"Biz hücumları davam etdirəcəyik. Bu təşkilat məhv olanadək hücumlar dayandırlımayacaq. Bəli, İŞİD hələ də dünya üçün təhlükəlidir".Kirbi ABŞ-ın bu hücumların reallaşdırılması üçün hər gün təxminən 7-10 milyon dollar xərclədiyini açıqlayıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs