news Image
2014.10.02
11:09
| A A A
DSMF sədri pensiyaçılarla görüşəcək

Görüş 9 oktyabr tarixində Lənkəranda baş tutacaq

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Lənkəranda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan movqe.az-a verilən məlumata görə, sədr 9 oktyabr 2014-cü il tarixdə, saat 11:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində qəbul keçirəcək. 


Qəbulda Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edəcəklər. 


Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aidiyyatı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs