Əlaqə Arxiv
news Image
2014.10.02
12:25
| A A A
Bayram namazı nə vaxt qılınacaq?

Dəyişiklik ayın görünməsindən asılı olaraq baş verə bilər

Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı dəyişə bilər. Qafqaz Müsəlmanları İdarəsindən anspress-ə verilən məlumata görə, ayın görünməsindən asılı olaraq bayram namazı oktyabrın 4-ü və ya 5-i səhər saat 9:00-da qılına bilər.


İdarədən o da bildirilib ki, "Təzə Pir" məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq. Lakin Qurban bayramının dəqiq vaxtı ayın görünməsindən asılı olduğu üçün ay göründüyü təqdirdə oktyabrın 4-ü də bayram namazı qılına bilər. "İstənilən halda oktyabrın 4-ü "Təzə Pir" məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılmaları üçün hər cür şərait yaradılacaq", - deyə QMİ-dən bildirilib.


Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-ü və 5-i qeyd ediləcək.


Sizin Reklam Yeriniz