news Image
2014.10.02
11:40
| A A A
Saraya saqqız təmizləyən xidmətçi axtarılır

Sarayın rəsmi internet saytında yayımlanan iş elanında, kral xidmətçisi olaraq işə alınacaq şəxsin dövlətə aid tarixi əşyalara yapışdırılmış saqqızları çıxarmaqda məsul olacağı deyilib. Elana görə, xidmətçi ildə 16 min sterlinq (20 min manat) maaş alacaq. Movqe.az xəbər verir ki, məsuliyyətləri arasında Buckingham Sarayının da aralarında olduğu iqamətgahlarda, saqqız ləkələrini aradan qaldırmaqla yanaşı, nərdivanları silmək, kraliçanın yatağını yığışdırmaq və istifadə etdiyi stəkan və qabları yumaq olacaq. 

Saraydan verilən açıqlamada "Sarayları ziyarət edən insanlardan bəziləri geridə saqqızlarını qoyur və bu saqqızların təmizlənməsi lazımdır" deyilib. Şotlandiyadakı Kral sarayını ildə 250 min nəfərin ziyarət etdiyi bilinir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs