news Image
2014.10.02
13:58
| A A A
Nazirlikdən abort zamanı ölən qadınla bağlı rəsmi açıqlama

Ölümün səbəbləri Doğuşa Yardım Komissiyasında araşdırılır

Bərdə rayon xəstəxanasının doğum şöbəsində abort zamanı dünyasını dəyişən ana barədə bütün sənədlər Səhiyyə Nazirliyininin Doğuşa Yardım Komissiyasına göndərilib. 


Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Anspress-ə açıqlamasında bildirib.


Nazirlik rəsmisinin sözlərinə görə, abort zamanı dünyasını dəyişən 36 yaşlı Sitarə Şahbazova barədə araşdırmalara başlanılıb.


"Ölüm hadisə ilə bağlı məlumatlar və bütün sənədlər Doğuşa Yardım Komissiyasına göndərilib. Hazırda hadisə ilə bağlı ciddi araşdırmalar aparılır. Araşdırmalardan sonra abort edən həkimin günahkar olub-olmaması məlum olacaq. Əgər həkim ölümdə günahkar olarsa, mütləq cəzalandırılacaq. Araşdırmaların nəticələri həm də istintaqa veriləcək", - deyə Anar Qədirli bildirib.


Qeyd edək ki, ötən gün Bərdə rayon xəstəxanasının doğum şöbəsində Cəyirli kənd sakini 36 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib. Əslən Yardımlı rayonundan olan Sitarə Şahbazovanın 2 və 5 yaşında iki ovladı olub.


Bərdə rayon xəstəxanasının həkimləri Sitarə Şahbazovanın epilepsiya xəstəsi olduğunu və əməliyat zamanı qıc olmadan öldüyünü bildirib.


Lakin onun qohumları ölüm hadisəsinin həkimlərin məsuliyyətsizliyindən baş verdiyini bildirib.


Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırmalara başlanılıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs