news Image
2012.04.13
19:59
| A A A
Fransada seçki kampaniyası dövrü başlayıb
Fransada prezidentlik seçkisi üçün kampaniya dövrü rəsmi olaraq başlayıb.

Respublika başçısı  Nikolas Sarkozi  22 apreldə ediləcək seçkilərin ilk turunda sosialist  rəqibi  François Hollande ilə mübarizə aparır. 21 aprelə qədər davam edəcək kampaniya boyunca 10 namizədin televiziya və radiolarda reklamları gedəcək. Fransada prezidentlik seçkisi üçün kampaniya dövrü rəsmi olaraq başlayıb. Hər namizədə ekranda cəmi 43 dəqiqə vaxt ayrılıb.

10u 90 saniyə, 8i 3,5 dəqiqə davam edəcək vaxtda namizədlərin ya yardımlar haqqında çağırışı ya da rəqiblərinə alçaldıcı ifadələr etməsi qadağan olunub. Rəsmi məlumatlara görə, 2007-ci ildəki son seçkilərin əvvəlində 90 saniyəlik qısa seçki klipləri 13 milyon Fransıza çatıb. Fransada 45 milyon qeydli seçici var.

Ölkənin hər tərəfində seçki plakatları meydana çıxmağa başlaıb. Plakatlar üçün də bəzi qadağalar var. Bütün plakatlar eyni böyüklükdə olmalıdır. Nə şəxsi məlumatlardan və Fransanın bayrağının rənglərindən istifadə etmək olmaz. Son hesablamalar, 22 aprel  ilk seçki turunda  Sarkozinin qabaq sıralarda yer tutacağı, lakin seçilmək üçün kifayət qədər səs toplamayacağı göstərir. Sarkozinin son həftələrdə dəstəyinin artmasına baxmayaraq,  Mayda təşkil ediləcək  ikinci seçki turunda  isə François Hollandenin qazanması gözlənilir. Milli Cəphə Partiyasının namizədi Marine Le Pen isə üçüncü sırada yer tutur.


Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs