news Image
2014.10.03
10:55
| A A A
Təqaüd alacaq tələbələr - SİYAHI
Mikayıl Cabbarov təqaüdlə bağlı əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov "Pedaqoji kadr hazırlığı aparılan alı təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə" əmr imzalayıb.


Movqe.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, "Gələcəyin müəllimi təqaüdü"nün təsis edilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.


Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.


2014-2015-ci tədris ili üçün məqsədli aylıq "Gələcəyin müəllimi təqaüdü" almaq hüququ qazanmış tələbələrin siyahısı belədir: 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs