news Image
2014.10.03
11:59
| A A A
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 750 mln. manata çatıb

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib.


Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 853,8 mln. manat və ya 19,74% çoxdur.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 102,9 mln. manat və ya ümumi həcminin 41,00%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 530,3 mln. manat və ya 27,46% artıb.

 

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,6%-lik payla "İnşaat və əmlak" və 14,4%-lik payla "Ticarət və xidmət" sahələri qeyd etmək olar.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 749 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 141,1 mln. manat və ya 23,21% çoxdur. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs