news Image
2012.07.17
16:30
| A A A
Studiyanı işğal etdilər
Movqe.Az bildirir ki, İqtisadi böhranla mübarizə çərçivəsində olaraq ciddi kəmər sıxma siyasətini tətbiq edən İspaniyada etiraz nümayişlərinə hər gün yeniləri əlavə olunur.

Məmur maaşlarının ikinci dəfə aşağı düşməsini əhatə edən tədbir paketinin hökumət tərəfindən təsdiqi və ölkədə son olaraq Valensiyada bir televiziya kanalının 1300 adamı işdən çıxarma planı etirazlara səbəb olub. İşçilərin studiyalara üz tutmasına polis müdaxilə edib.

Həmin televiziya kanalının borcu bir milyard avronu keçir.İşdən çıxarma planıyla yerli hökumət 54 milyon avro qənaət etmək istəyir. Böhran, İspan silahlı qüvvələrinə də təsir edəcək.

"2025 viziyonu" çərçivəsində bu ölkədə silahlı qüvvələr işçilərinin sayının gələcək 13 il içində 20 min qədər azaldılması planlaşdırılır.Bəzi hərbi bazaların bağlanılması da planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs