news Image
2014.10.03
12:37
| A A A
Azad Məmmədov: "Azərbaycan digər ölkələrlə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığa açıqdır"

Bakının Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə bağlı seçimi qanunauyğundur. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Mərkəz rəhbəri deyib: "Azərbaycan çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrinə malikdir. Məhz buna görə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması gözlənilməz olmadı".

A.Məmmədov qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlət bu məsələyə xüsusi diqqət ayırır.

Onun sözlərinə görə, məhz buna görə 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı: "Heydər Əliyev Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə böyük dəstək göstərir. Fond mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələr reallaşdırır".

A.Məmmədov qeyd edib ki, Azərbaycanda etnik qrupların dəstəklənməsinə, onların dillərinin saxlanmasına və inkişafına kömək edəcək layihələr həyata keçirilir: "Azərbaycan digər ölkələrlə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığa açıqdır və hazırdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs