Əlaqə Arxiv
news Image
2014.10.03
14:20
| A A A
Litva Azərbaycana təhsil və elm sahəsində iki saziş imzalamağı təklif edir

Litva və Azərbaycan təhsil və elm sahəsində əməkdaşlığı daha fəal inkişaf etdirə bilərlər. Litvanın elm və təhsil nazirinin müavini Rimantas Vaitkus belə hesab edir.

R.Vautkas cümə günü azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Litva arasında təhsil sahəsində əməkdaşlığa yardım edə biləcək iki saziş imzalana bilər.

Onun fikrincə, birinci saziş ixtisaslaşmanın birgə tanınması haqqında ola bilər. Bu sənəd təhsil diplomlarının tanınması prosesini asanlaşdıra və sürətləndirə bilər. İkinci ikitərəfli sənəd qarşılıqlı tələbə mübadiləsi haqqında müqavilə ola bilər. Vautkasın sözlərinə görə, bu sazişə əsasən, iki ölkənin hökumətləri tələbələrə tərəfdaş ölkədə təhsil almaq üçün maliyyə dəstəyi göstərə bilər.

Litva və Azərbaycan arasında tələbə mübadiləsi hazırda Avropa İttifaqının "Erasmus plyus" təhsil proqramı çərçivəsində həyata keçirilir. Litvalı nazir müavini bildirib ki, amma bu ikitərəfli müqavilənin imzalanması tələbə mübadiləsinin genişləndirməyə və asanlaşdırmağa imkan verər.

Sizin Reklam Yeriniz