news Image
2014.10.03
13:30
| A A A
"Qarabağ problemi Türkiyə KİV-də kifayət qədər işıqlandırılmır"

Qarabağ problemi Türkiyə KİV-də kifayət qədər işıqlandırılmır. Bunu Trend-ə açıqlamasında Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atilla Sertel deyib.

A.Sertel qeyd edib ki, Türkiyədə Qarabağ problemi və Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb. Lakin təbii ki, bu, kifayət edəcək səviyyədə deyil: "Qarabağ münaqişəsinə gəlincə, işğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır. Bu problemin həll yolu mütləq araşdırılmalı və tapılmalıdır. Bunu isə jurnalistlər deyil, siyasi iqtidarlar tapmalıdır".

O, bildirib ki, Xocalı qətliamının üzərindən 22 il keçməsinə baxmayaraq, o faciə hələ də xatırlanır. Bu acı xatirələr yaşanırsa, deməli, müharibələr özündən sonra yalnız acılar buraxır.

TJF prezidenti Türkiyənin "İslam Dövləti"nə qarşı koalisiyaya qoşulması məsələsinə də münasibət bildirib: "Türkiyənin də hazırda savaşa və müharibə gedən torpaqlara cəlb edilməsi müzakirə edilir. Bununla bağlı qanun, qərar qəbul edildi. Türkiyə müharibəyə müdaxilə edərsə, biz onun içindən çıxa bilmərik. Yaxın Şərq bataqlıqdır. Bizə də o müharibədə çox zərər dəyə biləcəyinə görə narahatlığımız var".

A.Sertel hesab edir ki, jurnalistlər belə məsələlərdə sülh dili tətbiq etməli və ən önəmlisi, müstəqil şəkildə yaza bilməlidirlər: "Heç də dünyanın bütün ölkələrində jurnalistlər fikirlərini azad şəkildə ifadə edə bilmirlər. Mən Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti olaraq bildirirəm ki, jurnalistlərin azadlığı əslində xalqın azadlığı deməkdir. Jurnalistlər sərbəst, azad şəkildə xəbər yaza bilməsə, xalq da azad ola bilməyəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs