news Image
2014.10.03
15:56
| A A A
"Bakının "Avro 2020"-nin paytaxtlarından biri kimi seçilməsi Avropaya inteqrasiyanın göstəricisidir"

Qloballaşma Azərbaycanın Avropaya daha çox inteqrasiya etməsinə yardım edir. Bakının isə 2020-ci il futbol üzrə Avropa çempionatının paytaxtlarından biri kimi seçilməsi bu inteqrasiyanın dərinliyindən xəbər verir. Bunu cümə günü İtaliya xarici işlər nazirinin müavini Benedetto Della Vedova IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında" mövzusunda "dəyirmi masa"da deyib.

"Dəyirmi masa" iştirakçıları olan görkəmli elm və siyasi xadimlər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər, qloballaşmanın problemlərini və gələcəyini müzakirə ediblər, milli eynililik və özünütəyinetmə problemlərinin vacibliyini vurğulayıblar.

"Dəyirmi masa"nın yekunu üzrə bəyannamənin qəbul edilməsi gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs