Əlaqə Arxiv
news Image
2014.10.04
11:27
| A A A
Fermerlərə müjdə: Məhsulları sığortalanacaq

Kənd Təsərrüfatı Nazirliyi aqrar sığorta sahəsində boşluqların aradan qaldırılması üçün İsveçrə təcrübəsini öyrənir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , bu bardə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, bu məsələ nazir Heydər Əsədovun İsveçrənin "SWISS Re" şirkətinin rəhbəri Martin Parkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Görüşdə sahədə sığorta riklərinin "SWISS Re" şirkəti tərəfindən təkrar sığortası ilə bağlı fikir mübadiləsi aparılıb.

Heydər Əsədov kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edərək bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.

Martin Parker rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verib. O deyib ki, şirkət əsasən yeni innovasiyalar v yeni xidmətlərlə məşğul olur. qonaq dünyada baş verən təbii fəlakətlərin ( su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) 75%-nin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini, lakin ödənişin dövlət tərəfindən ödənildiyini deyib.

Nazir Heydər Əsədov kənd təsərrüfatına əsas iki təbii fəlakətin- quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirib, sığorta sahəsindəki boluqların aradan qaldırılması məqsədilə bu şirkət tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması isqamətlərində bu şirkətin təcrübəsindən istifadə olumasını və gələcək birgə fəaliyyət üçün işçi qurupunun yaradılmasını məqsəduyğun hesab edib.

Sizin Reklam Yeriniz