news Image
2012.07.17
15:46
| A A A
“Panasonic”in Prezidenti vəfat edib

Movqe.az xəbər verir ki, Yaponiyanın elektron nəhəngi "Panasonic"in fəxri prezidenti Masaharu Matsuşita 99 yaşında dünyasını dəyişib.1940-cı ildə Panasonikin İdarə Məclisinin sədri Konosuke Matsuşitanın qızı ilə evlənərək vəliəhd olan Masaharu Matsuşitanın əsl soyadı Hiratadır. Matsuşita ailəsinə kürəkən gedərək soy adını dəyişdirən fəxri prezident, 1961-ci ildə Panasonikin qabaqcılı olan Matsuşita Eletroniksin idarə heyətinin sədri olmuşdu. Öz zamanında firmasını beynəlxalq bir holdinq halına gətirən Matsuşita, 16 il sonra rəhbərlikdən əl çəkilmişdi. Hazırda Panasonikin idarə heyətində yalnız İdarə heyəti sədr müavini olaraq oğlu Masayuki Matsuşita dayanıb. Matsuşita son zamanlarda irəliləyən yaşı ilə birlikdə sağlamlıq problemləri yaşayırdı. Panasonikin vətəni olan Osakada, ailənin etdiyi "Matsuahita Memorial" xəstəxanasında müalicə görən Matsuşita, son günlərini bu xəstəxanada keçirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs