Əlaqə Arxiv
news Image
2014.10.04
11:17
| A A A
Bayram izdihamında 32 nəfər öldü
Hindistanda yerlilərin qeyd etdiyi Duşera bayramın
da meydana gələn izdiham ölümlə nəticələnib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Dehlinin 1 000 km şərqində yerləşən Bihar əyalətinin paytaxtı Patnada baş verib.

İzdihamın, hindu krallarından olan Ravananın şəkillərinin yandırılmasından sonra baş verdiyi bildirilir.

İzdiham nəticəsində 32 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Patna universiteti tibb fakültəsi xəstəxanasına çatdırılıb.

Duşera hindistanlıların qeyd etdiyi ən əhəmiyyətli bayramlardan biridir.

Qeyd edək ki, bu il Hindistanda qeyd edilən müxtəlif bayramlarda meydana gələn izdihamlarda 160 nəfərdən çox ölən olub.
Sizin Reklam Yeriniz