news Image
2014.10.04
11:05
| A A A
Bu günün hava proqnozu
Movqe.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi 5-10 m/s, gündüz arabir 12-14 m/s olacaq.

Temperatur gecə 12-14° isti, gündüz 17-22° isti,Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 7-12° isti, gündüz 19-24° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 1-6° isti, gündüz 6-10° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındabəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 14-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs