news Image
2014.10.04
12:00
| A A A
Qızılı iPad satılacaq
Bloomberg nəşri şirkətin planları ilə tanış insanlara istinadən yazır ki, Apple yeni iPad nəslinin istehsal xəttində korpusu qızılı rəngdə hazırlayacaq.

 

Planşetlərin nümayişi oktyabrda gözlənilir. Qızılı rəng Apple planşetlərinin istehsal xəttində üçüncü rəng çaları olacaq. İndi tünd və gümüşü rəng çalarında iPadlar əlçatandır.

 

Movqe.az Milli.Az-a istinadən bildirir ki, iPad planşetlərinin satış həcmi üçüncü rüb ardıcıl azalır. 2014-cü ilin birinci rübündə Apple 26,035 milyon, ikinci rübdə 16,35 milyon, üçüncü rübdə 13,276 milyon planşet satıb. 2013-cü ilin dördüncü rübündə planşetlərin satış həcmi 14,079 milyon təşkil edib. Təxminlərə görə, yeni rəng çaları alıcıların Appleın istehsal xəttinə marağını artıracaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs