Əlaqə Arxiv
news Image
2014.10.04
18:00
| A A A
Balakən rayon sakini odlu silahla qətlə yetirildi
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Balakən rayonun Gərəkli kəndində dağlıq ərazidə qeydə alınıb. Meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gediblər. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlüUmarov Vaqif İbrahim oğluolması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Sizin Reklam Yeriniz