Əlaqə Arxiv
news Image
2014.10.05
16:10
| A A A
Rusiyalı hərbçilər Ukrayna sərhədində ağır qəzaya uğradılar: 5 ölü, 7 yaralı

Movqe.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 3-də Tarasov rayonunda baş verib. Yedəyə alınmış UAZ markalı hərbi avtomobil ağır yük maşını ilə toqquşub və UAZ-ın salonunda olan üç əsgər həlak olub.

Yük avtomobilində gedən 15 hərbçi də ağır xəsarətlərlə hospitala yerləşdiriliblər. Onlardan ikisi ölüb, yeddisinin vəziyyəti xüsusilə ağırdır.

İlkin ehtimallara görə, yol qəzasının günahı yük maşınının sürücüsündə olub. Onun sükan arxasında yatdığı güman olunur.

Sizin Reklam Yeriniz