news Image
2014.10.05
20:00
| A A A
Tələbələrə ultimatum verildi
Honq Konqun icra hakimiyyətinin başçısıLeunq Çun-yinqdemokratiya tələb edən nümayişçilərin bazar ertəsi gününədək küçələri tərk etmələrinə əmr edib. O, zəbt olunan küçələrin həmin günədək nəqliyyata açıq olmasını tələb edib.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, göstəriş şənbə günü nümayişçilər ilə etirazların işlərinə və gündəlik həyatlarına maneçilik gətirdiyini iddia edən sakinlər arasında yaşanan qarşıdurmadan sonra verilib.

Honq Konq polisi qarşıdurma zamanı 19 nəfəri həbs edib. Onlar bir neçə polis də daxil olmaqla, 18 nəfəri yaralamaqda ittiham olunurlar. Polis saxlanılanların üçlük kimi tanınan mütəşəkkil cinayətkar qrupu ilə əlaqəsi olduğunu bildirib.

Honq Konqun təhlükəsizlik rəhbəriLay Tunq-kvokşəhər rəsmilərinin nümayişçilərə qarşı bandalardan istifadə etdiyinə dair iddiaları rədd edib. O, iddiaları şayiə adlandıraraq, bunların əsassız olduğunu deyib.

Əksəriyyəti tələbələr olan on minlərlə etirazçı Honq Konqun əsas küçələrini bir həftəyə yaxındır ki, nəqliyyata və ticarətə bağlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs