news Image
2014.10.05
23:05
| A A A
19 yaşında hakimiyyətə gələn keçmiş diktator öldü
Haitinin keçmiş diktatoru, "Beybi Dok" ləqəbliJan-Klod Düvalye63 yaşında ölüb.

Movqe.az virtual.org-a istinadən xəbər verir ki , bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Düvalyenin vəkiliReynold Jorjbildirib ki, Haitinin keçmiş "ömürlük prezidenti" ölkənin paytaxtı Port-o-Prensin ətrafındakı evində ürək tutmasından ölüb.

Düvalye Haitidə 1971-ci ildə 19 yaşında hakimiyyətə gələrək dünyanın ən gənc prezidenti olub. O, hakimiyyəti atasından, ixtisasca həkim olan "Ata Dok" ləqəbli Fransua Düvalyedən miras alıb. Ata Düvalye 1957-ci ildə prezident seçilib və 1964-cü ildə özünü ömürlük prezident elan edib. O, öləndə hakimiyyəti 19 yaşlı oğluna miras qoyub.

Ata-oğul Düvalyelərin hakimiyyəti Haitidə korrupsiyanın çiçəklənməsi, habelə prezidentin şəxsi qvardiyasının - "tonton-makutların" cinayətləri ilə xarakterik olub. Lideri vudu kultuna sitayiş edən "tonton-makutlar"ın cinayətlərinə 60 mindən çox insan qurban gedib.

Ata Düvalye xalq arasında belə şayiə yaydırırdı ki, o, vudu dininin allahlarından biri - "Baron Şənbə", yaxud ölüm ruhudur. Kiçik Düvalyeni isə narkotik qaçaqmalçılığından və Haiti morqlarındakı cəsədlərdən çıxarılan donor orqanlarının xaricə satılmasından qazanc əldə etməkdə ittiham edirdilər.

Bütün bunlara baxmayaraq hər iki Düvalyelərin ABŞ-la münasibətləri əsasən dostluq münasibətləri olub. Vaşinqton hesab edirdi ki, Haiti diktatorları kommunizmin hücumunun qarşısını alır və ona görə də ABŞ hakimiyyəti bu ölkəyə ayırdığı iqtisadi yardımın talan edilməsinə göz yumurdu.

Lakin Con Kennedinin və Cimmi Karterin hakimiyyətləri dövründə ABŞ korrupsiya və insan haqlarının pozulmasına görə Haitiyə iqtisadi yardımı dayandırıb. Buna baxmayaraq "Beybi Dok"un ABŞ-la münasibətləri 1980-ci illərin əvvəllərindən başlayaraq Ronald Reyqanın hakimiyyətə gəlişindən sonra yaxşılaşmağa başladı.

1986-cı ildə Jan Klod Düvalye əhalinin kütləvi etirazları nəticəsində devrildi. Bundan sonra o, Fransada məskunlaşdı. 2011-ci ildə "Beybi Dok" Haitiyə geri dönüb. O, geri qayıtmasını "ölkənin bərpasına kömək məqsədi" ilə izah edib. 2010-cu ildə Haiti dağıdıcı zəlzələyə məruz qalmışdı. Lakin Qərb mətbuatı yazırdı ki, "Beybi Dok" Haiti hakimiyyətinin tələbi ilə İsveçrədə dondurulmuş 4 milyon dollar kapitalına çıxış əldə etmək üçün geri dönmüşdü.

Əgər Düvalye Haitiyə qısa səfər edib maneəsiz olaraq geri dönə bilsəydi, o, İsveçrə məhkəməsində bildirəcəkdi ki, Haiti hakimiyyəti onu təqib etmir və məhkəməyə cəlb etmək istəmir. Həmin əsasla keçmiş diktator 4 milyon dolları cinayətkar yollarla qazanmadığını sübut etməyə çalışmalı idi.

Lakin onun planları baş tutmayıb. Jan-Klod Düvalye Haitiyə qayıdandan sonra korrupsiyada ittiham olunub, həbs edilib və ev dustaqlığına salınıb. O vaxtdan etibarən o, Port-o-Prens ətrafındakı villada komfort içində yaşayırdı.

2013-cü ildə Düvalye məhkəmə qarşısında dayanıb, korrupsiya və insan haqlarının pozulması ittihamlarını qəbul edib, yenidən ev dustaqlığına buraxılıb və məhkəmə prosesinin davamını gözləməkdə idi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs