news Image
2012.07.17
18:52
| A A A
III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 17-də saat 18:00dan etibarən TQDK-nın internet saytında  yerləşdirilir.  

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.  

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. 

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən  984 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən  abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.  

Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq. 

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunacaq.  

III  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: 

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində    dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.   

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.                                         

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs