news Image
2014.10.07
17:19
| A A A
İŞİD Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərini ələ keçirib

Türk ordusuna məxsus tanklar sərhədə yeridilib


 "İraq Şam İslam Dövləti"nə (İŞİD) məxsus silahlılar Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərini ələ keçirib.

 

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin nəzarətindəki şəhər İŞİD-in iyirmi gündür davam edən hücumlarına davam gətirə bilməyib.

 

Qurban bayramının ilk günündən Kobani uğrunda YPG ilə küçə döyüşlərinə başlayan İŞİD bu gün şəhərdə öz bayrağını qaldırıb. Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, dörd nəfər yaralanıb.

 

Türkiyə hökuməti İŞİD təhlükəsinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib. Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru çevrilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs