Əlaqə Arxiv
news Image
2014.10.07
13:44
| A A A
İŞİD cəlladının kimliyi bəllidir

İŞİD cəlladının kimliyi bəllidir. Lakin ABŞ Dövlət Departamenti bunu gizli saxlayır. ABŞ amerikalı və britaniyalı girovların edamı zamanı video yazılardada göstərilən İŞİD yaraqlısının kimliyini müəyyən edib. Movqe.az-ın məlumatına görə, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin katibinin müavini Mariya Harf CNN-nə müsahibəsində deyib. "Biz güman edirik ki, bu insanın kimliyini müəyyənləşdirmişik və onu tapmaq niyyətindəyik"- deyə xanım Harf bildirib. Lakin bununla yanaşı Dövlət Departamentinin nümayəndəsi "Cihadçı Con" ləqəbi ilə tanınan terroristin adını və ya ona aid hər hansı bir məlumatı açmaqdan imtina edib. Hanım Harf bildirib ki, "Bunu ictimailəşdirməməyin bir sıra səbəbləri var. Onun kim olduğunu bildiyimizə əminik və daha çox məlumat vermək lazım olduğunda biz bunu edəcəyik. Lakin hazırda bu (məlumat) qorunur". O videoyazıdakı insanın məhz cəllad olmadığı, girovları öldürənin kadrdan kənar bir insanın olması fikri ilə də razılaşıb. "Videoda edamı hər dəfə göstərmirlər. Lakin mütləq ki, o da buna cəlb edilib" deyə hanım Harf bildirib.

Sizin Reklam Yeriniz