Əlaqə Arxiv
news Image
2014.10.08
02:44
| A A A
Ukrayna və Donetsk əsirlərin dəyişdirilməsi tarixini razılaşdırır

Ukrayna silahlıları və qondarma Donetsk Xalq Respublikası əsirlərin növbəti dəfə dəyişdirilməsi tarixi barədə danışıqlar prosesini davam etdirirlər.Movqe.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə UTX yanında yaradılmış əsirlərin azad edilməsi üzrə idarələrarası yardım mərkəzindən məlumat veriblər. "Danışıqlar aparılır. Əsirlərin mübadiləsini heç kim dayandırmayıb. Tərəflər razılığa gələndə mübadilə baş tutacaq", - deyə mərkəzdən bildirblər.Bu günlərdə DXR-in hərbi əsirlər üzrə komitəsinin başçısı Darya Morozova bildirib ki, Donbas Xalq Respublikası hökuməti Ukrayna silahlıları ilə əsirləri dəyişdimək barədə danışıqlara hazırdır. Lakin proses Kiyevin günahı üzündən dayandırılıb. Çünki DXR və LXR tərəfindən bütün məlumatların təqdim edilməsinə baxmayaraq, Kiyev siyahıda göstərilmiş insanları vermək istəmir.Qeyd edək ki, Kiyev və DXR hökuməti artıq beş dəfə əsir dəyişdirmə prosesi həyata keçiriblər. Sonuncu belə hadisə sentyabrın sonlarında baş tutub.

Sizin Reklam Yeriniz