Əlaqə Arxiv
news Image
2014.10.08
14:59
| A A A
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq

Sizin Reklam Yeriniz