Əlaqə Arxiv
news Image
2014.10.08
14:45
| A A A
Bakıda gənc xanımını öldürən kişi: "Ona mesajlar gəlirdi"

Bakıda Qurban bayramı günü ailə münaqişəsi zəminində baş vermiş qətlin təfərrüatı məlum olub. Nəsimi rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, 35 yaşlı kişi özündən 14 yaş kiçik olan həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında amansızlıqla öldürüb. O, dərhal evdən çıxaraq uzaqlaşıb.

Polis tərəfindən saxlanılan Rabil Abbasov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşının mobil telefonuna yad kişidən mesaj gəlib. R.Abbasov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Xatırladaq ki, Nəsimi rayonu ərazisində, fərdi yaşayış evində 1979-cu il təvəllüdlü Abbasov Rabil Qabil oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Bağırova Səadət Əlikram qızını bıçaqlayaraq qətlə yetirib. 21 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.R.Abbasov saxlanılıb.

Sizin Reklam Yeriniz