news Image
2014.10.08
16:41
| A A A
Daha bir millət vəkili öləndən sonra orqanlarını vəsiət edəcək
Daxili orqanlarını vəsiyyət edənlərin sayı gün-gündən artır. Mövqe.az xəbər verir ki, amma Azərbaycan qanunlarında bu prosesi həyata keçirməyə imkan verən normalar yoxdur. Millət vəkili Qənirə Paşayeva vəfat etdikdə, daxili orqanlarını ehtiyacı olan insanlara bağışlamasına dair vəsiyyət yazdıqdan sonra bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib.  Mövzu ilə bağlı daha bir millət vəkili Musa Quliyev də Mövqe.az-a fikirlərini bildirib: "Millət vəkili Qənirə Paşayeva keçən il idi deyəsən öz orqanlarını vəsiət etdi. Amma o prosesi reallaşdırmaq üçün mexanizm yoxdu. Qaldı mən Musa Quliyevə belə addım atardım deyəndə ki, səmimi olmaq lazımdı. Elə cavab vermək lazımdı ki, popurizmə xidmət eləməsin. Bu gün əgər Azərbaycanda bunu həyata keçirəcək klinikalar yoxdursa, bu iş tam təşkil olunmayıbsa, kadrlarımız yoxdursa belə addımdan danışmaq düzgün deyil. Əgər sistem qurularsa, belə klinikalar olarsa hər bir sivil insan kimi mən də istəyərəm özümdən sonra mənim orqanlarım kiməsə həyat versin, onu ölümdən qurtarsın. Təbii ki, sistem qurularsa Musa Quliyev də öz orqanlarını vəfat edəndən sonra kiməsə verilməsi üçün vəsiət edə bilər. Yoxsa ki, indidən natarüsdən get keçir, sistem yox, bir şey yox, öləndən sonra necə olacaq bu iş ?".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs