news Image
2014.10.08
18:07
| A A A
BQXK azərbaycanlı girovlara baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri Qarabağda girov saxlanılan azərbaycanlılara baş çəkib.

Bu barədə movqe.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova məlumat verib.Onun sözlərinə görə, görüş oktyabrın 6-da keçirilib. Girovların yaxınlarından məktublar onlara, həmçinin girovların məktubları da, öz növbəsində, ailələrinə verilməsi üçün götürülüb.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsən Həsənovun meyiti artıq ölkəmizə gətirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs