Əlaqə Arxiv
news Image
2014.10.09
10:30
| A A A
IREX Bakıda fəaliyyətini dayandırdı

16 ildir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) Bakı nümayəndəliyini bağlayıb.

İREX-in Vaşinqton ofisinin yaydığı məlumata görə, nümayəndəliyin ləğvi barədə qərar bu il sentyabrın 30-da qəbul edilib. Qərar qəbul edildiyi gün İREX Bakı ofisini boşaldıb.

İREX bəyan edir ki, 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.

Xatırladaq ki, sentyabrın 5-də prokurorluq əməkdaşları İREX-in Bakı ofisində axtarış aparıb. Ofisdəki elektron avadanlıqlar, sənədlər müsadirə olunub. Bir sıra yerli və beynəlxalq QHT-lərə açılan cinayət işi üzrə isə iyulun 31-də məhkəmə qərarı ilə İREX-in də bank hesabına həbs qoyulmuşdu.

Onu da bildirək ki, ABŞ-ın digər QHT-ləri kimi İREX də Azərbaycanda indiki hakimiyyəti devirməyə çağırışlar edən bir sıra radikal müxalifətçilərə "söz azadlığı və insan haqları" şirması altında maliyyə dəstəyi göstərməkdə şübhəli bilinirlər.

Sizin Reklam Yeriniz