Əlaqə Arxiv
news Image
2014.10.09
10:50
| A A A
Nazirlik saxtakarları aşkarladı

Bu ilin yanvar-sentyabr aylarında keçirilmiş tədbirlər zamanı 44073 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Movqe.az-a Vergilər Nazirliyindən verilən məlumata görə, 24190 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 7205 vergi ödəyicisində qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edildiyi, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 6727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Operativ nəzarət tədbirləri zamanı 3032 vergi ödəyicisi tərəfindən 4183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 697 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayan 7274 ədəd mal olduğu aşkarlanıb.

Sizin Reklam Yeriniz