news Image
2014.10.09
10:16
| A A A
Eboladan qorunmağın yolları

Ebola xəstəliyinin arealı genişləndikcə virusa yoluxmaq qorxusu artır.

Eekspertlər Qərbi Afrikada 7,500 insanın yoluxduğu virusdan qorunmağın yollarını öyrənərək tövsiyyələr veriblər.

Belə ki, ebolaya yoluxma halları xəstə ilə birbaşa təmas zamanı baş verir. Xəstənin qanı, qusuntusu, tüpürcəyi ölümcül virus daşıyıcısı ola bilər.

Ən yüksək yoluxma riskinə xəstələrin yaxınları və onları müalicə edən həkimlər məruz qalır, lakin eyni zamanda xəstələrin saxlandığı yerə yaxınlaşan hər kəs üçün də bu risk mövcuddur.

Bu səbəbdən müvafiq qoruyucu geyimdən istifadə etmək vacibdir.

Virusdan qorunmaq üçün insan bədənini tamamilə ötrən xüsusi paltar, əlcək, maska və qoruyucu eynək, rezin çəkmə geymək lazımdır, lakin bu cür imkana az sayda adam malikdir.

Hətta qoruyucu paltardan istifadə etdikdə belə xlorinlə dezinfeksiya olunmaq yaddan çıxarılmamalıdır.

Gözlərinizi qoruyun

Viruslu damcı dəriyə düşəndə onu sabunlu su və ya tərkibində spirt olan təmizləyici məhlul ilə yumaq mümkündür. Həmin viruslu damcı gözə düşəndə vəziyyət dəyişir. Misal üçün xəstənin asqırtısından damcının gözə düşməsi virusa yoluxmya səbəb ola ola bilər. Eynilə, ağızda selikli qişa, burunun içərisi və yaralı dəri vasitəsilə virusa yoluxmaq ehtimalı yüksəkdir.

Camaşır

Ebolanın ən qorxulu əlamətlərindən biri qanaxmadır. Xəstələrdə qanaxma gözdən, qulaqlardan, burundan, ağızdan və düz bağırsağdan baş verə bilər. Qusuntu və ishalda da qan qarışığı ola bilər.

Bu səbəbdən təmizləmə işləri böyük risk kəsb edir.

İstifadə olunmuş camaşır və kliniki tullantılar yandırılmalıdır.

Tibbi avadanlıq sterilizə olunmalıdır.

Hətta ən mikroskopik damcılar belə əşyaların üstündən təmizlənmədiyi təqdirdə risk mənbəyinə çevrilir.

Virusun həmin damcıda qalıb nə qədər vaxt təhlükə mənbəyi olacağı məlum deyil.

Masaya , qapı dəstəyinə və digər əşyalar üzərinə düşən viruslu bakteriyaların 2 saat ərzində təhlükəli qaldığı məlumdur.

Qeyd edək ki, İspaniyada iki Ebola xəstəsinə qayğı göstərən tibb bacısının onların müalicə olunduğu otağa 2 dəfə girdiyi məlumdur. Hər iki halda həmin tibb bacısı xüsusi qoruyucu uniforma geyərək bunu edib.

Virusdan dezinfeksiya olunmaq vasitəsi kimi sabunlu su, tərkibində spirt olan təmizləyici mayelər və xlor məhlulundan istifadə səmərə verir.

Eboladan tamam sağaldıqdan sonra isə xəstəlik keçirmiş şəxs artıq virus mənbəyi və ya daşıyıcısı sayılmır.

Lakin sağalanların spermasında 3 ay ərzində Ebola virusu aşkar edilə bildiyindən, həkimlər xəstəlikdən sağalmış kişilərə 3 ay ərzində cinsi əlaqəyə girməməyi və ya həmin müddət ərzində əlaqə zamanı prezervativdən istifadə etməyi məsləhət görürlər. /ans/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs