Azərbaycandan Gürcüstana gedən avtobus aşıb, 40-a yaxın yaralı var
Bakıdan Gürcüstana hərəkət edən avtobus aşıb.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Göygöl rayonu ərazisində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində 40-a yaxın sərnişin yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Yaralılar arasında vəziyyəti ağır olanlar da var. Bəzi sərnişinlər reanimasiyada saxlanılır.