Müdafiə nazirinə sui-qəsd cəhdi edildi
Qeletey bayrağı qaldırmaq istəyərkən onu öldürməyə cəhd ediblər
Ukrayna müdafiə naziri Valeri Qeleteyə qarşı sui-qəsd cəhdi olub.
Anspress-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, süi-qəsd cəhdi ölkənin şərqində Slavyanskın azad olunması vaxtı baş verib.
"Nazirə Slavyanskda bayrağı qaldıran zaman sui-qəsd cəhdi edilmişdi", - deyə adı açıqlanmayan xüsusi kəşfiyyat bölməsinin komandiri Müdafiə Nazirliyinin briqada komandirlərinin mətbuat konfransında bildirib.
Xüsusi kəşfiyyat bölməsinin komandiri nazirə olunan sui-qəsdin təfərrüatını açıqlamayıb.
Qeyd edək ki, Ukrayna ordusu Slavyanskı iyul ayında azad edib.