Əlaqə Arxiv
news Image
2014.10.09
14:20
| A A A
ABŞ-ın “Vaşinqton həyatı” jurnalında Mehriban Əliyeva haqqında yazdılar

ABŞ-ın nüfuzlu "Vaşinqton Həyatı" (Washington Life) ictimai jurnalının oktyabr sayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub

Məqalədə Mehriban Əliyevanın qadın hüququ, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində fəaliyyəti xüsusi qeyd edilir.

Məqalədə Vaşinqtonda fəaliyyət göstərən Müsəlman Qadınları Assosiasiyasının üzvlərinin müsahibələri də yer alıb. Müsahibələrdə müsəlman ölkələrinin ABŞ-dakı səfirlərinin həyat yoldaşları Assosiasiyanın fəaliyyəti, eyni zamanda, müsəlman ölkələrində qadın hüququ və tolerantlıqla bağlı fikirlərini bölüşüblər.

Azərbaycanın ABŞ-dakı səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova müsahibəsində qadın hüququnun, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində Mehriban Əliyevanın dünyada nümunəvi şəxs olduğunu bildirib.

Sizin Reklam Yeriniz