news Image
2014.10.09
13:45
| A A A
Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır. Movqe.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, seminarlara oktyabrın 28-dən başlanılır. Həmin tarixdən ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq. TQDK sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elimlər Akademiyasına və onun tabe təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib. "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə uyğun olaraq, TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs