news Image
2014.10.09
14:12
| A A A
DİN qaçırılaraq boğulan qızla bağlı açıqlama yaydı
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda qaçırılaraq öldürülən qız barədə xəbər yayıb. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədilə oğurlanıb. Qız Hacıbədəlli kəndinə aparılıb və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulub. Daha sonra Aydın Qasımov qızın meyidini küçəyə atıb. Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.
Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs