news Image
2014.10.10
11:40
| A A A
Bakıda anaların məhkum oğulları üçün "fədakarlığı"
Bakı İstintaq Təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb. Movqe.az Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən xəbər verir ki, təcridxanada saxlanılan Zaur Adil oğlu Abdullayevə gətirilən sovqatdan telefon tapılıb. 

Məhbusun yanına qısamüddətli görüşə gələn anası İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən, daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Digər məhbus üçün də anası təcridxanaya telefon keçirmək istəyib. Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gələn anası Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Cordless Phone" markalı telefon aparatı aşkar edilərək götürülüb.Faktlar üzrə araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs