Rusiyada 18 milyon insan aclıq sərhədində yaşayır
Movqe.Az bildirir ki, Rusiya prezidenti
Vladimir Putin əhalinin 13 faizini təşkil edən 18 milyon vətəndaşın
aclıq sərhəddində yaşadığını deyib. Dövlət Şurası konfransında
sosial inkişaf proqramlarını qiymətləndirən Rusiya prezidenti kasıb
- zəngin arasındakı fərqin aradan qaldırılması üçün təcili
tədbirlər alınmasını tələb edib. May ayında vəzifəyə gəldikdən
sonra imzaladığı regional inkişaf proqramının həyata keçirilməsi
üçün koordinasiya işlərinin başladılmasını istəyən Putin, "Yerli
rəhbərliklərin ictimai problemləri həll etməsi lazımdır. Hələ də
mövcud yüksək gəlir fərqlilikləri qəbul edilə bilməz. Kasıblıq
sərhədinin altında təəssüf ki, əhalinin 13 faizi, təxminən 18
milyon insan yaşayır "deyib.