news Image
2014.10.10
17:20
| A A A
Əmək müqaviləsi bildirişlərini elektronlaşdırmayan işəgötürənlər cəzalandırılacaq

Azərbaycanda əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq.


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı  artıq 1 milyon 315 minin üzərindədir.

 

Onun sözlərinə görə, hələlik müqavilələrin əmək vəkili tərəfindən yoxlanması ilə bağlı qaydalar hazırlanır və bu proses yekunlaşmaq üzrədir.

 

"Biz işəgötürənləri əmək müqaviləsi bildirişlərini elektron informasiya sistemində qeydiyyatdan keçirmək üçün tələsməyə çağırırıq. Çünki yaxın zamanda bu istiqamətdə yoxlamalara bağlayacağıq. Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq cəzalar da nəzərdə tutulub", - deyə nazir bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs