Əlaqə Arxiv
news Image
2014.10.10
18:35
| A A A
Ceyms Uorlikdən Qarabağ açıqlaması

Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm olaraq görüşməsi və Dağlıq Qarabağ münaqişəsinin həll elementləri üzrə fərqləri aradan qaldırmağı davam etdirməsi vacibdir. 


Bunu Trend-ə eksklüziv açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.


C.Uorlik qeyd edib ki, təkcə belə görüşlər kifayət deyil: "Biz hələ də hesab edirik ki, davamlı sülhü, lazım olan irəliləyişi əldə etmək üçün danışıqlar prosesinə ehtiyac var".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Nyu Yorkda görüşünə toxunan amerikalı həmsədr deyib ki, tərəflər Nyu Yorkda konstruktiv danışıqlar aparıblar: "Biz Fransa Prezidenti Fransua Ollandın himayədarlığı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etdik".

Amerikalı həmsədr bildirib ki, prezidentlərin Paris görüşü oktyabrın sonunda keçiriləcək və həmsədlər də bu görüşdə iştirak etməyə səbirsizlənirlər: "Hələlik görüşlərin formatı barədə razılıq yoxdur, lakin biz Azərbaycan və Ermənistan prezidentlərinin münaqişəni müzakirə etməsi üçün bütün imkanları dəstəkləyirik".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən ay BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanla görüşüb. Görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub. 


Sizin Reklam Yeriniz