news Image
2014.10.10
23:31
| A A A
Gecənin “ay-ulduz”u və ya “avtoqol olsa…” – Foto

Avro-2016-nın seçmə mərhələsinin II turunda bu gecə ən maraqlı oyunlar baş tutacaq. Movqe.az-ın məlumatına görə, yığmamızın yer aldığı qrupla yanaşı, daha iki qrupda 6 oyun keçiriləcək.Azərbaycan azarkeşlərinin diqqəti A qrupunun matçına yönələcək. Burada Türkiyə millisi evdə Çexiyanı sınağa çəkəcək. İlk görüşdə səfərdə İslandiyaya 0:3 hesabı ilə uduzan "ay-ulduzlular" bu oyunda qələbə qazanmağa çalışacaqlar. Qrupun digər matçında Latviya öz meydanında İslandiyanı, Hollandiya isə Qazaxıstanı qəbul edəcək.B qrupunun lideri Kipr millisi doğma azarkeşləri önündə İsraillə qarşılaşacaq. Son dünya çempionatının iştirakçısı Bosniya və Hersoqovina millisi səfərdə Uelsin qonağı olacaq. DÇ-2014-ün digər iştirakçısı Belçika millisi öz meydanında Andorra ilə münasibətlərinə aydınlıq gətirəcək.Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
***
Azərbaycan üçün isə "əcəl zəngi" İtaliyada çalına bilər. Millimizin baş məşqçisi Berti Foqt oyunqabağı açıqlamasında məğlubiyyətlə barışıb sanki. Vaxtilə İtaliya oyununda avtoqola imza atmış, indi AZAL-ın baş məşqçisi olan Tərlan Əhmədov Apasport.az-a bunları deyib:
"Hərə bir şey danışır. Biri deyir, millimiz böyük hesabla uduzacaq, biri başqa söz deyir. Amma futbol həmişə sürprizlərlə doludu. Azərbaycan millisindən fərqli oyun gözləyirəm. Düşünürəm ki, uşaqlar var gücü ilə çalışıb, bizi sevindirəcəklər. Allah eləməsin ki, bu gün hansısa futbolçumuz avtoqol müəllifi olsun. Əgər bu gün də avtoqol olsa, hamı onun üstünə düşəcək".
O dönəmdə yığmanın baş məşqçisi olmuş Vaqif Sadıqov isə bunları açıqlayıb:
"İnamlı oyuna üstünlük verməklə, İtaliyaya oyunu idarə etməyə, öz oyununu nümayiş etdirməsinə imkan verməməliyik. Milanda "İnter" - "Qarabağ" görüşündə bunun şahidi olduq. İlk 15 dəqiqədə fəallığı ilə diqqət çəkən "Qarabağ" milli üçün nümunə ola bilər. Yəni, yığmamız ilk dəqiqələrdən fəal olmalı, fəallığı ilə seçilməli, rəqibə topa nəzarət etməyə imkan verməməlidir. İlk dəqiqələrdən pressinq tətbiq etməklə, rəqibi çaş-baş salmalıyıq.
Heyətə gəlincə, Foqts qapını yenə Kamran Ağayevə tapşırıb. Rəşad Sadıqovla Bədavi Hüseynov müdafiənin mərkəzində yer alacaq. Maksim Medvedev cəzalı olduğundan müdafiənin sağ cinahında İlkin Qırtımov, solda isə Elnur Allahverdiyev oynayacaq.
Foqts dayaq yarımmüdafiəçisi mövqeyində Rahid Əmirquliyevlə Qara Qarayevə şans verib. Ön xətdə yer alan Rauf Əliyevlə Rüfət Dadaşovu Araz Abdullayev və Dmitri Nazarov topa təmin etməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs