ABŞ-da İŞİD xofu
ABŞ Dövlət Departamenti İŞİD-ə qarşı yaradılmış koalisiyaya daxil olan ölkələrə xəbərdarlıq edib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, Departament terror təşkilatının hava hücumlarından sonra koalisiyaya daxil olan ölkələrdə terror aksiyaları həyata keçirmə riskinin artığını deyib.
Dünya ölkələrini tədbirli olmağa çağıran ABŞ İŞİD-lə mübarizədə dəstək vermələrini təklif edib.
ABŞ hesab edir ki, xüsusilə Orta Şərq, Şimali Afrika, Avropa və Asiya başda olmaq üzrə bütün dünyada ABŞ-a və koalisiya ölkələrinə qarşı terror aksiyaları həyata keçirilə bilər.