Əlaqə Arxiv
news Image
2014.10.11
11:14
| A A A
Qəza törədib aradan çıxdı
Ötən gün axşam saat 23 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun 10-cu klometrliyində qəza hadisəsi baş verib. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Gəncə sakini, 23 yaşlıElvin Bayramovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Gədəbəy sakini 23 yaşlıTəhmurazov Cavadovun sükan arxasında əyləşdiyi eyni markalı avtomobil toqquşub.

Sürücülər qəzadan xəsarətsiz xilas olsalar da, onların sərnişinləri 54 yaşlıİmamverdivə 30 yaşlıXəyalə Bayramovalar, eləcə də digər avtomobildə olan 24 yaşlıBahar Hüseynovamüxtəlif bədən xəsarətləri alıb. Həkimlər ilk iki xəstənin vəziyyətini kafi Bahar Hüseynovun səhhətini isə ağır kimi qiymətləndiriblər.
Qeyd edək ki qəzanın iştirakçısı olan Təhmuraz Cavadov hadisədən sonra qaçaraq ərazini tərk edib. Faktla bağlı Şəmkir polisi tərəfindən araşdırma aparılır.

Şahin Məmmədov
, həkim: "Avtoqəza nəticəsində Şəmkir Mərkəzi rayon Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinə 3 nəfər xəstə müraciət edib. Onlardan ikisinin səhhətində ciddi problemlər olmadığından ambulator yardım göstərilib. Digər bir xəstə ağır olduğundan dərhal əməliyyat olunub".
Sizin Reklam Yeriniz