news Image
2014.10.11
12:15
| A A A
Gərginliklər Kiyevə də təsir edir
Ukraynanın şərq vilayətlərində hökumət qüvvələri ilə separatçılar arasında yaşanan gərginliklər paytaxt Kiyevə də təsirsiz ötüşmür.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, ötən gün bir qrup fəal prezident administrasiyasının binası qarşısında toplaşaraq hökumətə qarşı etiraz aksiyası keçirib. Aksiya zamanı "Avtomaydan" hərəkatının fəalları girov saxlanılanların buraxılmasını tələb ediblər.

"Prezidentin bizi eşitməsini tələb edirik. Tələb edirik ki, Maydan meydanında insanları öldürən cinayətkarlar tapılaraq cəzalandırılsın. Ordunun silahla təmin olunması vədləri yerinə yetirilməlidir", - etirazçıardan biri qeyd edib.

Fəalların prezident aparatına soxulma cəhdi polislə qarşıdurmalara səbəb olub. Aksiyada, əsasən, girovların yaxınları iştirak edib. Onlar "hamının əvəzində hamı" şüarı ilə Minskdə əldə olunan razılaşma şərtlərinin icra olunmasını istəyiblər.

Özlərini Donetsk Xalq Respublikası elan edən qurum üzvləri bir müddət əvvəl tərəflər arasında girovların mübadiləsini dayandırmışdı.

İndiyə qədər 1340 girov azadlığa buraxılıb. Lakin separatçılar, hələ ki, 600 girovu əsarət altında saxlayırlar. Separatçılar tərəfdən isə azı 400 nəfərin girov düşdüyü bildirilir.

Ukrayna PrezidentiPyotr PoroşenkoDonetskdə yaşanan atışmalar fonunda bölgəyə səfər edib. Səfəri zamanı dövlət başçısı Kurakhove hərbi bazasına baş çəkib. Prezident ordunun baş qərargahında separatçılara qarşı döyüşən bir neçə hərbçiyə mükafat verib. Poroşenko, eyni zamanda Donetskdə bir qədər əvvəl vəzifəsindən istefa verən merin əvəzinə yeni meri təyin edib.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Donetskdə atəşkəs elan olunduqdan sonra baş verən silahlı qarşıdurmalarda azı 331 nəfər ölüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs